Silahlıların Sinay yarımadasının şimalında hərbi obyektlərə hücumu nəticəsində Misirin 23 hərbçisi həlak olub, daha 33-ü isə yaralanıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, hücum zamanı Misir ordusu 40-dan çox silahlını məhv edib. Hərbçi forması geyinmiş silahlılar minalanmış avtomobillərdən istifadə ediblər ki, bu da həlak olanların sayının çox olmasına gətirib çıxarıb. Terrorçuların təqibi üzrə keçirilən əməliyyatda silahlıların azı altı avtomobili məhv edilib. Xatırladaq ki, Misir artıq üç ilə yaxındır Sinay yarımadasının şimalında antiterror əməliyyatı aparır. Yarımadanın ucqar ərazilərində ekstremist qruplaşmalar məskən salıblar.