Putin-Tramp görüşü başladı

ABŞ və Rusiya prezidentləti Donald Tramp və Vladimir Putin “Böyük iyirmilik” sammiti çərçivəsində görüş keçirirlər. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, görüş Konqres mərkəzində keçirilir. Dövlət başçılarının danışıqları üçün 14 nömrəli otaq ayrılıb. Görüş planlaşdırılmış vaxtdan gec başlayıb. Danışıqlarda Rusiya tərəfindən xarici işlər naziri Sergey Lavrov, ABŞ tərəfindən isə Reks Tillerson iştirak edirlər. V. Putin görüşün əvvəlində D. Trampa bildirib ki, onunla tanış olmağa şaddır və görüşün müsbət nəticələnəcəyinə ümid edir: “Mən sizinlə tanış olmağıma çox şadam və ümid edirəm ki, dediyiniz kimi görüşümüz müsbət nəticə verəcək”. V. Putin qeyd edib ki, D. Trampla ikitərəfli əlaqələri və beynəlxalq siyasi məsələləri müzakirə etmək istəyir: “Biz sizinlə ikitərəfli və beynəlxalq gündəmin çox vacib məsələləri üzrə bir neçə dəfə telefonla əlaqə saxlamışıq. Əlbəttə ki, əgər biz ikitərəfli gündəmin kəskin məsələləri və beynəlxalq gündəmin daha vacib, kəskin məsələlərini həll etmək istəyiriksək telefon söhbətləri heç vaxt kifayət etmir”. D. Tramp da bəyan edib ki, V. Putinlə görüşməkdən şaddır və bu, iki ölkə və iştirakçı olan hamı üçün müsbət nəticələnəcək: “Biz artıq bir sıra məsələləri müzakirə etmişik. Və mən səbirsizliklə bu cür imkanı gözləyirəm”.

DİGƏR XƏBƏRLƏR

Top