Messi və atası yarım milyon avroya yaxın cərimələndilər

İspaniya məhkəməsi “Barselona” klubunun hücumçusu Lionel Messinin vergidən yayınmaya dair iş üzrə həbs müddətini 252 min avro məbləğində cərimə ilə əvəzləyib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, L. Messi daha əvvəl imic haqlarının satışından əldə olunmuş gəlirlərə görə 4,1 milyon avro məbləğində vergi ödəməkdən yayınmaqda təqsirkar bilinib. Argentinalı 21 ay şərti həbs cəzası almışdı. Fırıldaqçılıq sxeminin əlaqələndiricisi olan L. Messinin atası Xorxe Messi əvvəlcə 21 ay həbs cəzası alsa da sonradan bu müddət 15 ayadək endirilmişdi. Məhkəmənin yeni qərarına əsasən X. Messi 180 000 avro cərimələnib. İspaniya hüquq ənənələrinə əsasən, qeyri-zorakı cinayətlərə görə iki ildən az müddətə məhkum olunanlar həbsxanaya yerləşdirilmir.

DİGƏR XƏBƏRLƏR

Top