Kartof və tərəvəz sahələri azalıb, pambıq və tütün sahələri artıb

Bu ilin ilk 5 ayı ərzində ölkə ərazisində 435,7 min hektar sahədə yazlıq bitkilərin əkini aparılıb. "Yeniavaz.com" Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, ötən ilin analoji dövrü ilə müqayisədə kartof, tərəvəz və bostan bitkilərinin əkin sahələri azalıb, əvəzində isə pambıq, tütün və çəkər çuğunduru əkilən sahələr artıb. Ötən ilin yanvar-may ayları ilə müqayisədə bu ilin yanvar-may aylarında kartof əkilən sahələr 3,5%, tərəvəz əkilən sahələr 9,8%, bostan bitkiləri əkilən sahələr isə 11,7% azalıb. Hesabat dövrü ərzində pambıq əkilən sahələr 2,6 dəfə, tütün əkilən sahələr 48%, şəkər çuğunduru əkilən sahələr isə 2 dəfə artıb.

Məlumat üçün onu da bildirək ki, buğda əkilən sahələr ötən illə müqayisədə 68,7%, çəltik sahələri 2 dəfə, günəbaxan sahələri 69,5% çox olub.

DİGƏR XƏBƏRLƏR

Top