Hamburqda gərginlik: qloballaşma əleyhdarları polis məntəqəsinə hücum edib

Qloballaşma əleyhdarları “Böyük iyirmilik” sammitinin keçirildiyi Almaniyanın Hamburq şəhərində federal polis məntəqəsinə hücum ediblər. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, hücum Alton rayonundakı polis ofisinə edilib. Nümayişçilər, həmçinin şəhərin bu hissəsində iğtişaşlar törədiblər. Etirazçılar mağazaların vitrinlərini vurmağa, petardalar partlatmağa başlayıblar, sonra isə beş avtomobili yandırıblar. Yanğın söndürülüb. Gecə boyu Hamburqda etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında küçə toqquşmaları baş verib. Hazırda Hamburqun bəzi rayonlarında gərgin ab-hava hökm sürür, nümayişçilər kiçik qruplar şəklində birləşərək etiraz aksiyasını davam etdirirlər. Hüquq-mühafizə əməkdaşları nümayişçiləri dağıtmaq üçün su şırnaqlarından istifadə ediblər. Hamburqda kütləvi etirazlar ötən gündən bəri başlayıb. Polisin məlumatına görə, aksiyalarda 12 minədək adam iştirak edib. Polislə toqquşmalar nəticəsində 111 polis xəsarət alıb, 40-da çox nümayişçi saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top