
İstanbulda səs-küylü terror aktları törədəcək İŞİD terror qruplaşmasının hücrəsi dağıdılıb.
“Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, İstanbul Kəşfiyyat və Terrorla Mübarizə Şöbəsi şəhərin 8 rayonunda keçirdiyi xüsusi əməliyyat zamanı 29 İŞİD terrorçusu saxlanılıb. Onlar vaxtilə Suriya və İraqdakı münaqişə bölgələrində döyüşüblər. Saxlanılanlardan 22-si əcnəbidir. Əməliyyat zamanı saxlanılanların ünvanlarında bir tapança və qruplaşmaya aid xeyli sayda rəqəmsal materiallar ələ keçirilib.
Tətbiqimizi yükləyə bilərsiniz