Bir müddətdir “Real”dan gedəcəyi deyilən Kriştiano Ronaldo ilə bağlı yeni xəbər yayılıb.
"Yeniavaz.com" "Fanat.Az"a istinadən xəbər verir ki, portuqaliyalı ulduzun “PSJ”-nin sahibi və prezidenti Nasser Əl-Xelaifi ilə görüşdüyü iddia olunub.
Bu barədə “OK Diario” xəbər yayıb. Görüşün Ronaldonun istirahət etdiyi İbiza adasında baş tutduğu deyilir. Tərəflərin görüşdə transfer məsələsini müzakirə etdiyi bildirilir.