"Azərbaycan Milli Elmlər Akademiyasının işçiləri üçün yeni tikilən binada mənzillər mərhələli şəkildə paylanacaq".
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə deyib.
A.Əlizadə bildirib ki, birinci mərhələdə elmlər doktoru, ikinci mərhələdə fəlsəfə doktorlarına veriləcək: "Qalan mənzillərin kimə veriləcəyini hələ demək olmaz. Mənzil növbəsində dayanan şəxslər var. Bütün proseslər qaydaya uyğun aparılacaq. Heç bir qayda pozuntusuna yol verilməyəcək".
A.Əlizadə deyib ki, yataqxanada yaşayan, lakin AMEA işçisi olmayan şəxslərə AMEA tərəfindən mənzil verilməyəcək: Onların necə yerləşdiriləcəyini bilmirəm. Onlar akademiyada işləmədiklərindən AMEA onlara heç bir yardım göstərə bilməz".
A.Əlizadə AMEA işçilərinin hazırkı yataqxanasının sökülüb-sökülməyəcəyinin də ərazidə tikinti içləri aparan şirkətdən asılı olduğunu söyləyib. Report