Azərbaycanın çoxuşaqlı MƏŞHUR ANALARI FOTO

Azərbaycanda üç və daha çox uşaqlı ailələr çoxlarında təəccüb doğurur. Çünki müasir dövrdə qadınların əksəriyyəti əmindir ki, çox uşaq onların karyera qurmasına imkan verməyəcək. Lakin məşhur analar sübut edirlər ki, dünyaya 3 və daha çox uşaq gətirmək onlara müxtəlif peşə sahələrində uğur qazanmağa mane olmayıb.

Bu yazıda oxucuları çoxuşaqlı məşhur analarla tanış edirik:

Əməkdar artist Fidan Hacıyeva 2 oğul, bir qız anasıdır. Fidan Hacıyeva İngiltərə vətəndaşı ilə ailəlidir.

Müğənni Elnarə Xəlilova isə siyahının rekordçusudur. Telejurnalist Rövşən Cahangirovla ailəli olan ifaçı 3 oğul və bir qız anasıdır.

Nura Suri də 3 oğul anasıdır. Yeri gəlmişkən onu da qeyd edək ki, Nura 3 uşaq sahibi olmasına baxmayaraq, ideal bədən ölçülərini qoruyub saxlayan nadir yerli ifaçılardandır.

Xalq artisti Gülyanaq Məmmədova bu ilin yanvarından 4-cü dəfə ana olub. O, dördüncü övladını 43 yaşında dünyaya gətirib. Müğənni açıqlamasında bildirib ki, çoxuşaqlı ana olması onda karyerasını davam etdirməyə mane olmur.

Erkən yaşlarında hüquq-mühafizə orqanlarında çalışan bəylə ailə həyatı quran M.Əyyubova dörd övlad anasıdır. Xalq artistinin iki oğlu və iki qızı var.

Kənan Mahmudovla ailəli olan müğənni Aygün Mahmudova 3 uşaq anasıdır. Onun rejissorla nikahından 2 qızı və bir oğlu var.

"Eurovision 2009" təmsilçimiz Aysel Adıgözəlova ailə qurduqdan sonra karyerası ilə birdəfəlik vidalaşsa da, o, da 3 uşaq anasıdır. Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlovla ailəli olan Ayselin bu nikahdan 2 oğlu və bir qızı var. publika.az

DİGƏR XƏBƏRLƏR

Top