SOCAR ətraf mühitə dəymiş ziyana görə 168 mln. manat xərcləyib

2016-cı ildə SOCAR ətraf mühitə dəymiş ziyanın aradan qaldırılmasına 76 mln. funt (168 mln. manat) sterlinq xərcləyib.

"Yeniavaz.com" SOCAR-ın 2016-cı il üzrə konsolidə olunmuş maliyyə hesabatına istinadən xəbər verir ki, 2015-ci ilin sonuna bu rəqəm 88 mln. funt sterlinq (194,3 mln. manat) təşkil edib. Beləliklə, dövlət şirkəti tərəfindən ətraf mühitə dəymiş ziyanın aradan qaldırılmasına çəkilən xərc ötən il ərzində 13,64% və ya 12 mln. funt sterlinq (26,5 mln. manat) azalıb.

Sənədə əsasən, SOCAR-ın karbohidrogen ehtiyatların hasilatı ilə məşğul olduğu ərazilərdə ətraf mühitə dəymiş ziyanın aradan qaldırılması ilə öhdəliyi var. Hasilatın əksəriyyəti Abşeron yarımadasında cəmləşdiyindən çirklənmə məhz burada baş verir.

Dövlət şirkətinin menecmenti mütəmadi olaraq ətraf mühitə dəymiş ziyanın aradan qaldırılmasına çəkilən xərcin məbləğini nəzərdən keçirir.

DİGƏR XƏBƏRLƏR

Top