Beynəlxalq Əvf Təşkilatı: Arakanda müsəlmanlara işgəncə edilir

Beynəlxalq Əfv Təşkilatı, Myanma ordusunun insanlığa qarşı cinayət işlədiyini deyib. "Yeniavaz.com" BBC-yə istinadən xəbər verir ki, bunun səbəbi arakanlı müsəlmanlara qarşı törədilən vəhşiliklərdi. Təşkilatın sənədlərində, Myanma ordusu insanlara qarşı zorakılıq və işgəncə ilə günahlandırılır. Ordu isə bu iddiaları rədd edərək həmin ərazidə terrorla mübarizə apardığını bildirir. Myanmada niyə arakanlı müsəlmanları hədəf seçirlər? Rakinə əyalətindən şiddət xəbərləri ordunun keçən oktyabrda bölgədə əməliyyat etməsindən sonra yayılmağa başladı. Keçən ay BMT rəsmisi, Myanmanın "etnik təmizlik" etdiyini demişdi. İnsan Haqları Təşkilatı isə yerlə yeksan edilən kəndlərin peyk görüntülərini yaylmlanışdı. Əvf Təşkilatının məlumatlarında, özbaşına cinayətlər, əsas olmadan tutulmalar, müsəlmanlara ağıla gəlməz işgəncələrin verilməsi, 1200 ev, məktəb, məscid və digər binaların güllələnməsi haqda yazılıb. Bu vəziyyətə "insan fəlakəti" deyən Əvf Təşkilatı, ordunun hərəkətini, Rakinə əyalətində Arakan müsəlmanlarına qarşı geniş və sistemli hücumların bir hissəsi olduğunu bildirir. Myanma hökümətinin jurnalistlərin işləməsinə qadağa qoymasına görə, son hücumlarda neçə nəfərin öldüyü məlum deyil. Əvf Təşkilatı, oktyabrdan bu yana ən azı 27 min arakanlı müsəlmanın qonşu Banqladeşə qaçdığını bildirib. Təşkilat Banqladeşi də miqrantları geri qaytarmaqda günahlandırıb. Əvf Təçkilatı, Myanma höküməti və Aunq San Su Kyiyə şiddəti dayandırmalarını və insan haqlarının tapdanmasının qınanılmasını istəyib. Bundan əlavə BMT-ni də bu işlə ciddi məşğul olmasına çağırıb. Myanma höküməti isə sabiq BMT Baş katibi Kofi Annan rəhbərliyində beynəlxalq məsləhətləşmə iclası üçün dəvət edib.

DİGƏR XƏBƏRLƏR

Top