ABŞ-dan Zəhranın ölümü ilə bağlı AÇIQLAMA

ABŞ hər zamanki kimi Dağlıq Qarabağ münaqişə zonasında aralarında 2 yaşlı uşağın da olduğu bir neçə dinc sakininin ölməsi ilə nəticələnən atəşkəsin pozulmasından narahatdır.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin nümayəndəsi keçirdiyi brifinqdə deyib:

“Bu, təmas xətti yaxınlığında baş verib. Biz ölənlərin ailələrinə dərin başsağlığı vermək istəyirik. ATƏT-in Minsk Qrupu həmsədrləri ilə yanaşı, tərəfləri hərbi əməliyyatları dayandırmağa və danışıqlar masasına qayıtmağa çağırırıq. Bizim siyasətimiz o bölgədə aydındır. Bu münaqişənin yeganə həlli güc tətbiq edilməməsi, ərazi bütövlüyü və öz müqəddəratını təyin etmək prinsiplərinə riayət edərək danışıqlar yolundan keçir”. qafqazinfo

DİGƏR XƏBƏRLƏR

Top