Türkiyə ilk milli klavyaturasını hazırladı

Türkiyədə kompüterlər üçün ilk milli klavyatura hazırlanıb. “Yeniavaz.com”un “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, Türk Standartları İnstitutu (TSİ) Boğaziçi Universiteti tərəfindən hazırlanan E-klavyaturanı qeydiyyata alıb. Milli klavyatura türk dilinə uyğun erqonomik və münasib olaraq düzəldilib. Bununla da Q klavyaturaya alternativ olaraq istehsal edilən və 1955-ci ildə istifadə olunmağa başlanılan F klavyaturadan 62 il sonra yeni bir klavyatura dizayn edilmiş oldu. Klavyaturanı Boğaziçi Universitetinin Sənaye Mühəndisliyi Fakultəsinin pedaqoqu professor doktor Mahmud Ekşioğlu hazırlayıb. Onun sözlərinə görə, E-klavyaturanın istifadəsi daha insan həyatı üçün daha sağlam, rahatdır və yorucu deyil, eyni zamanda sürətli və erqonomikdir: “Bu klavyaturada hərflərin düzülüşü barmaqların sürət və hərəkət qabiliyyətinə görə uyğunlaşdırılıb”.

DİGƏR XƏBƏRLƏR

Top