Ermənistanın Moskvadakı səfirliyi qarşısında aksiya keçirilib VİDEO

Azərbaycanı çalxalamış iki yaşlı Zəhranın və nənəsinin qətli xaricdə yaşayan həmvətənlərimizi də biganə qoymayıb. Xatırladaq ki, Zəhra və nənəsi erməni hərbçilərinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində öldürülmüşdülər.

Bu gün Moskvada Ermənistan səfirliyi qarşısında təkadamlıq etyiraz aksiyaları başlayıb. İlk aksiyanı Səttar adlı azərbaycanlı keçirib. O, əlində qətlə yetirilmiş Zəhranın və Xocalıda öldürülmüş uşaqların şəkilləri olan plakat tutaraq Ermənistan diplomatik missiyasının qarşısında durub.

Xatırladaq ki, Rusiya Konstitusiyasına görə, təkadamlıq aksiyaların keçirilməsi üçün heç bir icazənin alınmasına ehtiyac yoxdur.

Yeri gəlmişkən, Rusiyanın hüquq-mühafizə orqanları aksiyaya maneçilik törətməyiblər, yalnız sənədləri yoxlayıblar. Sonradan hadisə yerinə yaxınlaşmış erməni millətindən olanlar isə hamıya sübut etməyə çalışıblar ki, fotoşəkillərdə öldürülmüş erməni uşaqları əks olunub.

Öz növbəsində, Qarabağ müharibəsi veteranı Rafiq Əliyev virtualaz.org-a bildirib ki, belə təkadamlıq aksiyalar davam etdiriləcək. virtualaz.org

Etiraz

DİGƏR XƏBƏRLƏR

Top