Rusiyadan Azərbaycana səfər edənlərin də sayı artıb

Rusiyanın “TurStat” agentliyi bu ilin yanvar-sentyabr ayları ərzində səyyar turizmin nəticələrinin təhlilini aparıb. Bu ilin 9 ayı ərzində Rusiyadan səyahət edənlərin sayı 6,1% azalıb. Federal dövlət xidmətinin statistikasına əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə səyahət edənlərin sayı 27,459 mln. nəfərdən 25,780 mln.-a düşüb. “TurStat” bu ilin yekunlarına əsaslanaraq Rusiyadan səyyar turist səfərlərinin sayının 32 mln. təşkil edəcəyini proqnozlaşdırır. Qeyd edilən müddətdə Rusiyadan səyyar turist səfərlərinin sayına görə xarici ölkələrin top-10 siyahısına Gürcüstan (Abxaziya), Qazaxıstan, Finlyandiya, Ukrayna, Çin, Estoniya, Polşa, Almaniya, Yunanıstan və Kipr daxil olub. Bu il turistlərin populyar ölkəsi kimi Yunanıstan və Kipr onluqda ilk sıralarda Türkiyə ilə Misirin yerini tutub, Çin isə 9-cu yerdən 5-ci yerə yüksəlib. Bu müddətdə səyyar turist səfərlərinin artımı daha çox çimərlik istiqamətləri üzrə olub: Tunis (568 min səyahət - ötən ilin eyni dövrü ilə müqayisədə 158% artım), Tayland (562 min, 28% artım), Bolqarıstan (518 min, 31% artım), Kipr (692 min, 44% artım), Yunanıstan (723 min, 20% artım), həmçinin Çin (1,183 mln., 31% artım) və Gürcüstan (595 min, 18% artım). Bununla belə, bu il turist səfərlərinin sayı İspaniya (665 min, 12% artım) və İtaliyaya da (557 min, 4% artım) çoxalıb, Çexiyaya (252 min, 8% azalma) isə geriləyib. Baltikyanı ölkələrə bu il turist axını fərqli olub: Estoniya (1,122 mln. 122 min, 1% artım), Latviyaya (269 min, 8% artım), Litvaya (544 min, 4% azalma). Eyni zamanda bildirilir ki, Rusiyadan Azərbaycana səfər edənlərin də sayı artıb və 488 minə nəfərə çatıb (artım - 6,1%). report

DİGƏR XƏBƏRLƏR

Top