"Qarabağ"ın yeni transferi - Yakup Jezniçak

Yeni mövsüm üçün heyətini gücləndirməyə davam edən “Qarabağ” növbəti transferini reallaşdırıb.

“Yeniavaz.com” “Qarabağ”ın rəsmi saytına istinadən xəbər verir ki, Ağdam klubu Polşa millisinin sabiq üzvü və “Legiya”nın kapitanı Yakup Jezniçakla ikiillik müqavilə imzalayıb.
Mərkəz müdafiəçisi peşəkar karyerasına 2003-cü ildə Polşanın “Vidzev Lodz” klubunda başlayıb və cəmi bir il sonra Polşanın köklü klublarından “Legiya”ya transfer olub.

30 yaşlı yeni transferimiz son 13 ili “Legiya”da keçirir. Jezniçak “Legiya”da 5 dəfə Polşa Yüksək Liqasının, 6 dəfə ölkə kuboku və 1 dəfə də Polşa Super Kubokunun qalibi olub. Klub karyerasında 282 dəfə forma geyinən müdafiəçi 13 qolla yadda qalıb.
Polşalı futbolçu 9 dəfə də ölkəsinin əsas komandasına dəvət alıb.

Mərkəz müdafiəçisi komanda da "52" nömrəli forma ila mübarizə aparacaq.

DİGƏR XƏBƏRLƏR

Top