170 məhbus əfv edildi-Gürcüstanda

Gürcüstan prezidenti Georgi Merqvelaşvili 170 məhbusun əfv edilməsi haqda fərman imzalayıb. Gürcüstan KİV-i xəbər verir ki, bunu Əfv Komissiyasının sədri Zviad Koridze bildirib. Onun sözlərinə görə, əfv edilənlərdən 9-u qadındır: “Onların arasında yeniyetmələr də var”. Zviad Koridze bildirib ki, 170 məhkumdan 120-si iyulun 6-da cəzaçəkmə müəssisəsini tərk edəcək, həbs müddətləri azaldılarlar isə cəzalarının qalan hissəsini çəkəcəklər. Sədr komissiyanın 1073 məhkumun əfv edilməsi məsələsinə baxdığını deyib.Report

DİGƏR XƏBƏRLƏR

Top