MDB-də əmək haqqları yalnız bir ölkədə azalıb? SİYAHI

Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələr arasında nominal orta aylıq əmək haqqının artım tempinə görə ilk sırada Ukrayna qərarlaşıb. "Yeniavaz.com"un MDB Dövlətlərarası Statistıka Komitəsinin açıqladığı statistik göstəricilərə istinadən apardığı hesablamalar göstərir ki, bu ilin aprel ayı ilə müqayisədə may ayında Ukraynada nominal orta aylıq əmək haqqı 36,8% artıb. 2017-cı ilin may ayında orta aylıq əmək haqqının məbləği Ukraynadan sonra ən çox Tacikistanda yüksəlib. Bu ilin aprel ayı ilə müqayisədə may ayında bu ölkədə nominal əmək haqqı 20,3% artıb. Ən az artım Ermənistanda qeydə alınıb. Ermənistanda nominal orta aylıq əmək haqqı bu ilin aprel ilə müqayisədə may ayında cəmi 1,9% artıb. MDB-yə üzv olan digər ölkələrə gəldikdə isə qeyd edək ki, 2017-ci ilin may ayında nominal orta aylıq əmək haqqı Belarusda 9,2%, Qırğızıstanda 5%, Rusiyada isə 7,4% artıb. Nominal orta aylıq əmək haqqı bu ilin aprel ayı ilə müqayisədə may ayında Azərbaycanda 6,8% artıb.

Real orta aylıq əmək haqqı ən çox Ukraynada artıb

Nominal orta aylıq əmək haqqından fərqli olaraq real orta aylıq əmək haqqında azalma yalnız Azərbaycanda qeydə alınıb. Cari ilin aprel ayı ilə müqayisədə may ayında real əmək haqqının dəyəri Azərbaycanda 5,9% aşağı düşüb. Digər ölkələrdə isə real orta aylıq əmək haqqında artım olub. Real orta aylıq əmək haqqı ən çox Ukraynada artıb. Ukraynada əmək haqqının dəyəri 20,6% artıb. Bundan başqa real orta aylıq əmək haqqı Ermənistanda 1,5%, Tacikistanda 12,8%, Rusiyada 2,9%, Qırğızıstanda 2,8%, Belarusda isə 2% artıb.

MDB ölkələri arasında ən aşağı əmək haqqı Tacikistanda verilir

Orta aylıq əməkhaqqının məbləğinə gəldikdə isə qeyd edək ki, MDB ölkələri arasında ən çox əmək haqqı Rusiyada verilir. 2017-cı ilin may ayında Rusiyada orta aylıq əmək haqqı 635 dollara (38 min 84 rubl) bərabər olub. MDB Dövlətlərarası Statistıka Komitəsinin ötən dəfə ikinci sırada olan Qazaxıstanla bağlı göstəriciləri açıqlamayıb. Azərbaycan bu siyahıda 4-cü sırada yer alıb. Ölkəmizdə orta aylıq əmək haqqının məbləği 306 dollar (520,1 manat) olub. MDB-nin digər ölkələrinə gəldikdə isə orta aylıq əmək haqqı Ermənistanda 384 dollar (186 min 730 dram), Belarusda 388 (757,1 rubl), Qırğızıstanda 204 (14 min 193 som), Ukraynada 248 (6 min 494 qrivn), Tacikistanda isə 125 dollara (1104 somoni) bərabər olub.

DİGƏR XƏBƏRLƏR

Top