Rusiya təyyarələri Saratovdan Suriyaya uçaraq İŞİD-i ən yeni raketlərlə vurdu

Rusiyaya məxsus “Tu-95 MS” strateji raketdaşıyıcı təyyarələri Suriyanın Hama və Hums vilayətlərinin sərhədində İŞİD terror qruplaşmasının silahlılarının obyektlərinə zərbələr endiriblər. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Müdafiə Nazirliyindən deyiblər.

Zərbələr nəticəsində terrorçuların üç iri anbarı, eləcə də Uqayribat şəhəri ərazisində komanda məntəqəsi dağıdılıb. Təyyarələr təqribən min kilomet məsafədən X-101 qanadlı raketləri ilə zərbələr endirib. Qeyd edilir ki, təyyarələr Saratov vilayətindəki Engels aviabazasından havaya qalxıblar və göydə yanacaq doldurmaqla uçuşu həyata keçiriblər.

Suriyanın Hmeymim aerodromunda yerləşən “Su-30SM” və “Su-35S” qırıcıları təyyarələrin mühafizəsini təşkil ediblər. Hərbi tapşırığı uğurla yerinə yetirən təyyarələr yerləşdikləri aviabazaya qayıdıblar.

Qeyd edək ki, X-1010 Rusiyanın ən yeni strateji qanadlı raketidir və radiolokasiya görünmə dərəcəsinin azaldılması texnologiyasının tətbiq etməklə düzəldilib. Raketlətin hədəfi vurmaq məsafəsi 4,5 min kilometrə qədərdir. “Tu-95MS” 8 belə raketi daşımaq iqtidarındadır.

DİGƏR XƏBƏRLƏR

Top