“Rusiya vətəndaşlığını qəbul edən Türkiyə vətəndaşlarının sayı artır”


Rusiya vətəndaşlığını qəbul edən Türkiyə vətəndaşlarının sayı ildən-ilə artır. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiyanın insan haqları üzrə müvəkkili Tatyana Moskalkova Moskvada Türkiyənin baş ombudsmanı Şərəf Malkoç ilə görüşdə deyib. Onun sözlərinə görə, 2016-cı ildə Türkiyənin 500 vətəndaşı Rusiya vətəndaşlığı alıb: “Rusiyanın bir çox vətəndaşı cənab Malkoç, sizinlə əlaqələrimizin bərqərar olunmasını ümidlə izləyir”. T. Moskalkova Türkiyədə yaşayan qarışıq nikahdan doğulan xaç suyuna salınmış uşaqların İslam dininin məcburi öyrənilməsindən azad olunmasının sadələşdirilmiş proseduru ilə bağlı kömək etməyi rica edib: “Digər məsələ qarışıq nikahlardan olan uşaqların təhsil almasıdır. Məktəblərdə İslam məcburi fənn kimi tədris olunur, lakin digər dinlər, o cümlədən xristianlıq üçün istisnalar var. Uşağın xaç suyuna salınmasına dair şəhadətnamə təqdim olunarsa, uşaqlar bu fəndən azad olunurlar. Sizdən xahiş edirik ki, digər sənədlərin olmadığı təqdirdə, iki valideynin təsdiqi xaç suyuna salınmanın sübutu üçün kifayət etməsi ilə bağlı köməklik göstərəsiniz.

DİGƏR XƏBƏRLƏR

Top