
Bu görüntülər Bakıda - 7-ci mikrorayon ərazisində, metronun "Dərnəgül" stansiyasının yaxınlığında çəkilib.
Məlumat üçün bildirək ki, "Dərnəgül" stansiyasının ətrafı bir neçə hektarlıq boş ərazidir və insanlar hər axşam öz ailə, uşağı ilə burada gəzintiyə çıxır, təmiz hava qəbul etməyə çalışırlar. Burada velosipedlə gəzintiyə çıxanlara, qaçanlara da rast gəlmək olar.
"Yeniavaz.com" xəbər verir ki, dünən bir avtomobil buraya üz tutan insanları narahat edib, həm də təəccübləndirib. Belə ki, avtomobil nasaz vəziyyətdə olduğu üçün ətrafa qatı tüstü buraxırmış. Sanki bununla ətrafdakı insanların diqqətini çəkmək istəyən sürücü, avtomobili ilə ərazidə bir neçə dəfə dövrə vurub, yüksək sürətlə təmiz hava almağa çıxan insanları tüstüyə "qonaq edib". Qatı tüstü yayan avtomobillə ərazidə dəfələrlə dövrə vuran sürücü, insanların ona təəccüb dolu və əsəbi baxışlarını görəndən sonra, əraziyə polis çağırılmadan oradan uzaqlaşıb.
Ətraflı videoda...
Nicat
ekologiya
Tətbiqimizi yükləyə bilərsiniz