Ruslar “Whatsapp”dakı yazışmaları ələ keçirmək istəyirlər

Rusiya şirkətləri “Whatsapp”, “Viber”, “Facebook Messenger”, “Skype”, “Telegram” kimi messencerlərdə ölkə vətəndaşlarının yazışmalarını əldə etməyin yolunu axtarmağa başlayıblar. “Yeniavaz.az”ın TASS-a istinadən verdiyi məlumata görə, bu, hökumətə terrorçuluqla mübarizə çərçivəsində lazımdır. Belə ki, Rusiya hökuməti həmin messencerlərdə yazışmaları ələ keçirmək və onların tam şirfrəsini açmaq niyyətindədir. Bir messencerin araşdırılmasına iki ay vaxt verilir. İşlərin “Viber”lə başlanması təklif edilir. Hər bir messencer üzrə işə görə ödəniş 130 min rubl, araşdırmanın əsas hissəsinin yerinə yetirilməsinə görə isə 230 min rubl təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top