Kim Çen In: Bu raket amerikalı əclaflara hədiyyəmizdir

Şimali Koreya lideri Kim Çen In qitələrarası ballistik raketin buraxılışı sınaqlarını ABŞ-ın 4 iyul Müstəqillik günü ilə əlaqədar “Amerikalı əclaflara” hədiyyə adlandırıb.

Kim Çen In “Hvason-14” raketinin buraxılışını şəxsən izləyib.

Raketin buraxılışından sonra o, gülərək əlavə edib ki, amerikalılar bu hədiyyəyə çox da sevinməyəcək. “Biz bu hədiyyələri daha tez-tez göndərməliyik ki, onları darıxmağa qoymayaq”. Trend

DİGƏR XƏBƏRLƏR

Top