Moskva Aİ və 9 ölkəyə qarşı embarqonun müddətini uzatdı

Rəsmi Moskva Rusiyaya qarşı sanksiyalar tətbiq etmiş bəzi ölkələrə münasibətdə ərzaq embarqosunun qüvvədə qalma müddətini uzadıb. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Nazirlər Kabinetinin Prezident Putinin bu məhdudiyyətlərin uzadılması haqqında fərmanının icarısını təmin edən müvafiq sənədində deyilir. Sənəddə bildirilir ki, kənd təsərrüfatı məhsullarının, xammalın və ərzaq məhsullarının ayrı-ayrı növlərinin Rusiyaya gətirilməsinə qoyulmuş qadağanın müddəti 2018-ci il yanvarın 1-dən dekabrın 31-dək uzadılır. Avropa İttifaqı (Aİ) ilə yanaşı, embarqo ilə üzləşən ölkələr sırasında ABŞ, Kanada, Avstraliya, Norveç, Ukrayna, Albaniya, Monteneqro, İslandiya və Lixtenşteyn var.

Qeyd edək ki, Aİ 2014-cü ildə Ukraynadakı hadisələr ilə əlaqədar və Krımı özünə ilhaq etdiyinə görə Rusiyaya qarşı sanksiya tətbiq edib və dəfələrlə onu genişləndirib və müddətini uzadıb. Rəsmi Moskva isə, öz növbəsində həmin ilin avqustunda cavab tədbiri olaraq sanksiya tətbiq etmiş öllkələrdən ərzaq məhsullarının idxalına məhdudiyyətlər qoyub.

DİGƏR XƏBƏRLƏR

Top