
2017-ci ilin iyun ayı ərzində Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 212 min 764 ton Azərbaycan nefti nəql olunub. "Yeniavaz.com" Dövlət Neft Şirkətinə (SOCAR) istinadən bildirir ki, cari ilin yanvar-iyun aylarında bu kəmərlə 13 milyon 174 min 287 ton neft ötürülüb.
Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il iyul ayının 1-ə qədər BTC-yə 334 milyon 712 min 349 ton neft vurulub. Bundan başqa, 2017-ci ilin iyun ayında BTC ilə 564 min 548 ton Türkmənistan nefti nəql olunub.
Tətbiqimizi yükləyə bilərsiniz