Türkiyəli güləşçi erməni rəqibini yendikdən sonra Azərbaycan bayrağı ilə dövrə vurub VİDEO

Almaniyanın Dortmund şəhərində keçirilmiş gənclər arasında Avropa çempionatında türkiyəli yunan-Roma güləşçisi Cemal Mutlu Azərbaycan bayrağı dalğalandırıb.

Mutlu 50 kq çəki dərəcəsində Ermənistan təmsilçisi Aşot Mxitaryan üzərində qələbə qazandığı 3-cü yer uğrunda görüşdən sonra bu addımı atıb. O, rəqibini 10:2 hesablı tam üstünlüklə vaxtından əvvəl yenərək, bürünc medala sahib çıxıb. Qarşılaşmanın ardından gənc pəhləvan Türkiyə və Azərbaycan bayraqları ilə birgə dövrə vurub.

Qeyd edək ki, bu çəki dərəcəsində finalda Azərbaycan təmsilçisi Zülfüqar Əliyev finalda gürcüstanlı Ramaz Silaqavaya 1:5 hesabı ilə uduzaraq, gümüş medal qazanıb. Report

video

DİGƏR XƏBƏRLƏR

Top