Kanada hökuməti Quantanamo həbsxanasının keçmiş ən gənc məhbusundan üzr istəmək və ona 8 milyon dollar dəyərində təzimanat ödəmək niyyətindədir. “Yeniavaz.com”un “Gazeta.ru” saytına istinadən verdiyi məlumata görə, Ömər Xadr 15 yaşında olarkən Əfqanıstanda amerikalı əsgəri öldürməkdə özünü günahkar bilmişdi. Kanada Ali Məhkəməsi etiraf edib ki, müstəntiqlər dindirmə zamanı Ö. Xadra qarşı yolverilməz təsiretmə üsullarından istifadə ediblər. Kanadada anadan olan Ö. Xadr 2003-cü ildə Əfqanıstanda “Əl-Qaidə” düşərgəsinə edilən hücumda əsir götürülüb. Onu Quantanamo düşərgəsinə yerləşdiriblər, burada Ö. Xadr ən gənc məhbus ünvanını qazanıb və barəsində hökmün çıxmasını 8 il gözləyib. 2010-cu ildə onu amerikalı serjant-tibb işçisini öldürməkdə təqsirkar biliblər və daha 8 il müddətinə həbs ediblər. İki ildən sonra isə Ö. Xadranı həbs müddətinin qalan hissəsini keçirmək üçün Kanadaya yollayıblar, 2015-ci ldə vəkillərin apellyasiyasından sonra onu burada azad ediblər.