Ukrayna Donbasdakı canlı və iqtisadi itkilərini açıqlayıb

Ukraynanın şərqində separatçılara qarşı antiterror əməliyyatlarına başlandığı gündən bəri 2,7 mindən çox ukraynalı hərbçi həlak olub və 10 mindən çoxu isə yaralanıb. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Ukraynanın müdafiə naziri İvan Rusnak deyib. Ukrayna hökumətinin məlumatına görə, bu il Donbassda aparılan hərbi əməliyyatlar zamanı 120 hərbçi, 47 mülki şəxs həlak olub, təqribən 900 hərbçi və 100-dən artıq mülki şəxs yaralınıb və xəsarət alıb. İ. Rusnak bildirib ki, Donbasdakı münaqişə nəticəsində dəymiş iqtisadi zərər ilkin hesablamalara görə təqribən 50 milyard dollardır: “Ölkənin şərqində çoxsaylı infrastruktur obyekti dağıdılıb, insanlar işsiz qalıblar”.

DİGƏR XƏBƏRLƏR

Top