Ramil Səfərov oğul atası oldu

Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərov ikinci dəfə ata olub.

Ötən gecə zabitin oğlu dünyaya gəlib. Cərrah-mama ginekoloq Səbinə Mirzəyevanın rəhbərliyi ilə keçən doğum prosesində bir ilk yaşanıb. Belə ki, zabitin həyat yoldaşı ilk övladını keysəriyyə yolu ilə dünyaya gətirmişdi. Bu dəfə isə ginekoloq Səbinə Mirzəyevanın sayəsində doğuş təbii yolla baş tutub. Bu da tibb sahəsində nadir hallardan biridir. Keysəriyyə əməliyyatından sonra növbəti doğuşu həyata keçirməyi isə Azərbaycanda yalnız Səbinə Mirzəyeva bacarır. Qeyd edək ki, Ramil Səfərov 2012-ci il oktyabrın 9-da evlənib. Zabitin həm də bir qız övladı var.primtime.az

DİGƏR XƏBƏRLƏR

Top