DSMF-yə hesabatın təqdim edilməsində problem yaranıb

Elektron hökumət portalında Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsində problem yaranıb. Sistemdə cari rübü, yəni 2-ci rübü seçib hesabat hazırlamaq olmur. Sahibkarlar Elektron Hökumət portalına və Dövlət Sosial Müdafiə Fonduna müraciət etsələr də problem aradan qaldırılmayıb. 2-ci rübün hesabatının təqdim edilməsi üçün son tarix 20 İyuldur. Sahibkarlar hesabat təqdim edə bilmədikləri üçün “gecikmə” kimi siyahıya düşə bilərlər. Bu da onların cərimələnməsilə nəticələnə bilər. Bir sıra sahibkar iddia edir ki, problem qəsdən yaradılır. Məqsəd sahibkarların idarələrə yollanaraq hesabat vermələrinə nail olmaqdır. marja

DİGƏR XƏBƏRLƏR

Top