Ötən ay Ceyhandan 1,43 milyon ton xam neft ixrac etmişik

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) 8 milyon 126 min 315 ton xam neft ixrac edib. "Yeniavaz.com" SOCAR-a istinadən xəbər verir ki, bu həcmin 1 milyon 429 min 248 tonu iyun ayında həyata keçirilib.

Bu ilin 6 ayı ərzində Ceyhan limanından ixrac olunan xam neftin həcmi illik müqayisədə 4,8% azalıb, iyun ayındakı ixrac isə ötən ilin iyun ayından 6,6% çoxdur.

Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunan xam neft göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Ceyhan limanına nəql olunur. Bu limandan isə neft Aralıq dənizi vasitəsilə bazarlara çıxarılır. BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır, gündəlik ötürmə qabiliyyəti 1,2 milyon bareldir.

Ötən ay dünya bazarında “Brent” tipli xam neftin 1 bareli 46,53 dollara, “Urals” nefti 45,97 dollara, “BTC FOB Ceyhan” tipli xam neft isə 47,51 dollara satılıb.

DİGƏR XƏBƏRLƏR

Top