SOCAR 6 ayda xaricə 315 min ton dizel satıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2017-ci ilin iyun ayında 52 min 640 ton dizel yanacağı, 3 min 479 ton təyyarə yanacağı ixrac edib. "Yeniavaz.com" SOCAR-a istinadən xəbər verir ki, ötən ay Şirkət tərəfindən 7 min 471 ton yüksək təzyiqli polietilen, 286 ton mütləqləşdirilmiş izopropil spirti, 6 min 201 ton maye piroliz qətranı, 5 min 149 ton propilen və 3 min 152 ton butilen butadien fraksiyası ixrac edilib.

Ümumilikdə, 2017-ci ilin yanvar-iyun ayları ərzində 315 min 554 ton dizel yanacağı, 24 min 85 ton təyyarə yanacağı, 117 ton soba mazutu, 47 min 811 ton yüksək təzyiqli polietilen, 5 min 819 ton mütləqləşdirilmiş izopropil spirti, 34 min 301 ton maye piroliz qətranı, 22 min 157 ton propilen və 15 min 319 ton butilen butadien fraksiyası ixrac edilib. 2017-ci ilin iyun ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti 486,51 ABŞ dolları/ton, təyyarə yanacağı - 444,80 dollar/ton, dizel yanacağı - 409,64 dollar/ton, 1%-li kükürdlü mazut - 286,89 dollar/ton, yüksək təzyiqli polietilen - 1 175 dollar/ton, butilen butadien fraksiyası - 502,90 dollar/ton, maye piroliz qətranı - 486,51 dollar/ton, propilen - 840 avro/ton, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti isə 1467,50 avro/ton təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top