Qətərli nazir: Qətər ətrafında yaranmış böhran dövlət çevrilişinə cəhddir

“Qətər ətrafında yaranmış böhran yumşaq dövlət çevrilişinə cəhddir”. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Qətərin müdafiə işləri üzrə dövlət naziri Xalid əl-Attıyyə deyib. Fərziyyə irəli sürmədiyini qeyd edən nazir bildirib ki, 2017-ci ildə yumşaq dövlət çevrilişinə cəhd olub. O əlavə edib ki, Qətər baş verənləri dostlarının “arxadan zərbəsi” kimi qiymətləndirir: “Lakin ölkəmiz göstərdi ki, onu udmaq elə də asan deyil. Ümid edirəm ki, hərbi müdaxilə mərhələsinə çatmayacağıq, ancaq biz həmişə hazır vəziyyətdəyik. Biz ölkəmizi qorumaq üçün buradayıq”.

DİGƏR XƏBƏRLƏR

Top