Con Terri yeni kluba keçib

“Çelsi”nin keçmiş müdafiəçisi Con Terri karyerasını “Aston Villa”da davam etdirəcək. “Yeniavaz.com”un “Championat.com” saytına istinadən verdiyi məlumata görə, beşqat İngiltərə çempionu olan C. Terri klubla birillik müqavilə bağlayıb. Bu mövsüm “Aston Villa” Çempionşip divizionunda iştirak edəcək.

Qeyd edək ki, C. Terri 1998-2017-ci illərdə “Çelsi”nin şərəfini qoruyub. İyunun 30-da müdafiəçinin London klubu ilə müqavilə müddəti bitib və o, azad agent kimi “Aston Villa”ya keçib. Futbolçu “Çelsi”də keçirdiyi 713 oyunda 66 qol vurub.

DİGƏR XƏBƏRLƏR

Top