Kral Salman G20 sammitində iştirakdan imtina edib

Səudiyyə Ərəbistanı Kralı Salman ibn Əbdüləziz əs-Səud “Böyük iyirmilik” sammitinə getməkdən imtina edib. “Yeniavaz.com”un “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, Kral Qətərlə münasibətlərdə yaranmış böhran səbəbindən belə qərar qəbul edib. Kral Salmanı sammitdə ölkənin maliyyə naziri Məhəmməd əl-Caddan əvəzləyəcək. Xatırladaq ki, korrupsiyada ittiham olunan Braziliya Prezidenti Mişel Temer də G20 sammitinə qatılmayacağını daha əvvəl bəyan edib. Qeyd edək ki, G20 sammiti iyulun 7-8-də Almaniyanın Hamburq şəhərində keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top