“Volkswagen” 385 min avtomobilini geri çağırır

“Volkswagen” avtomobil istehsalçısı Almaniyada istehsal etdiyi 385 000 ədəd avtomobilini geri çağırır. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, geri çağırılmaya səbəb həmin avtomobillərin əyləc sistemlərində nasazlıq aşkar olunmasıdır. Geri qaytarılan 385 min avtomobilin proqramı yenilənəcək. Geri çağırılmanın şirkətə 2,8 milyard dollara başa gələcəyi gözlənilir. Çağırılacaq nəqliyyat vasitələri arasında “Volkswagen”, “Audi” və “Skoda” markalı avtomobillər də yer alacaq.

DİGƏR XƏBƏRLƏR

Top