Suriyada Əsədin şəkli olduğu pullar buraxıldı

Dəməşq hakimiyyəti 2000 funt dəyərində (Suriya pul vahidi) pul əskinaslarını tədavülə buraxıb. “Yeniavaz.com”un “Sözcü” qəzetinə istinadən verdiyi məlumata görə, Suriya tarixində ilk dəfə olaraq ölkə Prezidenti Bəşər Əsədin təsviri əskinasın bir üzündə həkk olunub. Suriya Mərkəzi Bankının sədri Duraid Durqham bildirib yeni nominallı əskinaslar daha əvvəl çap edilib: “Lakin həm müharibə, həm də valyutadakı dalğalanma səbəbindən onun tədavülə buraxılmasını təxirə salmışdıq”. Onun sözlərinə görə, yeni əskinaslar Dəməşq və bəzi digər bölgələrdə istifadə olunacaq.

Qeyd edək ki, 2000 funt günümüzdə 4 dollara bərabərdir. 2011-ci ildə Suriyada müharibə başlamazdan əvvəl 1 dollar 47 Suiya funtuna dəyişdirilirdi. İndi isə 1 dollar üçün 500 Suriya funtu ödəmək lazımdır. Bu günədək Suriyada ən böyük nominallı əskinas 1000 funt olub və üzərində B. Əsədin atası, Suriyanın keçmiş Prezidenti Hafiz Əsədin təsviri yer alıb.

DİGƏR XƏBƏRLƏR

Top