ARDNF bu il hərraclarda 1,7 milyard dollar satıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) iyun ayı ərzində valyuta hərraclarında satdığı vəsaitin həcmini açıqlayıb. ARDNF-nin İctimaiyyətlə əlaqələr departamentindən verilən məlumata görə, ötən ay Fond tərəfindən valyuta hərraclarında 373,2 mln. dollar məbləğində vəsait satılıb. Xatırladaq ki, ARDNF yanvar-may ayları ərzində AMB tərəfindən keçirilən valyuta hərraclarında 1 mlrd. 314,2 mln. dollar məbləğində vəsait satıb. Beləliklə, cari ilin I yarısında ARDNF tərəfindən hərraclarda satılan valyutanın həcmi 1 mlrd. 687,4 mln. dollar təşkil edib. Qeyd edək ki, 2016-cı ildə keçirilən valyuta hərraclarında ARDNF 4,9 mlrd. dollar satıb ki, bu da 2015-ci illə müqayisədə 37,5% azdır. apa

DİGƏR XƏBƏRLƏR

Top