Ölən xəstənin qohumları həkimi döyüb

Lənkəran şəhərində döyülmə hadisəsi baş verib. Şəhərdə yerləşən şadlıq saraylarından birində qəfil halı pisləşən orta yaşlı Xeyransa adlı qadına tibbi yardım göstərilməsi üçün "təcili yardım" çağırılıb. Hadisə yerinə gələn Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi, Aşağı Nüvədi kənd sakini Vüsal Həsənov xəstənin həyatını xilas edə bilmədiyi üçün mərhumun qohumları tərəfindən döyülüb. Həkim baş və üz nahiyələrindən xəsarət alıb. "Təcili yardım" maşınına da ziyan vurulub. Xəstənin ürəktutmasından keçindiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.Report

DİGƏR XƏBƏRLƏR

Top