Dubayda yalnız qadınlar üçün təcili yardım xidməti fəaliyyət göstərəcək

Dubayda tezliklə yalnız qadınlar üçün ilk təcili tibbi yardım xidmətə fəaliyyət göstərəcək. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, təcili tibbi yardım maşınları çəhrayı rəngdə olacaq. Bu cür maşınlar doğuş halları daxil olmaqla, qadın və uşaqlara təcili yardım göstərmək məqsədi ilə həkimləri daşıyacaq. Yeni xidmət yerli vaxtla səhər saat 11:00-dan axşam saat 23:00-dək göstəriləcək. Həkimlər yeni doğulmuş körpələrə və hamilə qadınlara təcili tbbi yardım göstərmək üçün təlim keçiblər. Bununla belə, təcili tibbi xidmətin heyət üzvü ancaq qadınlardan ibarət olacaq.

DİGƏR XƏBƏRLƏR

Top