Dəməşqin Təhrir meydanından törədilmiş partlayışda həkak olanların sayı 18-ə çatıb, onlarla adam yaralanıb. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, həlak olanların yeddisi polisdir, bir neçə cəsəd hələ tanınmayıb. Suriya Daxili İşlər Nazirliyi partlayışda İŞİD terror qruplaşmasının əli olduğunu hesab edir. Xatırladaq ki, İŞİD mart ayında Dəməşqdə törətdiyi silsilə partlayışlar zamanı 106 nəfər həlak olmuşdu.