Rusiyada Azərbaycandan ərik aparan yük maşını aşıb

Bu gün Rusiyada Azərbaycandan böyük həcmdə ərik aparan yük maşını aşıb. Bu barədə “Novosti Rostova” məlumat yayıb. Hadisə Rostovda Aksay körpüsündə baş verib. Sürücü idarəetməni itirib və yük maşını yana aşıb. Əriklərin olduğu yeşiklər yolu dağılıb. Ancaq sürücü özünü itirməyib, yol polisləri hadisə yerinə gələnə qədər sıradan çıxmamış ərik yeşiklərini toplayıb. Sürücü elə yolda ərik satış təşkil edib. Ərik yeşiklərinin biri 400 rubldan, nisbətən zədələnmiş əriklərin olduğu yeşiklərin biri isə 150 rubldan satılıb. apa

DİGƏR XƏBƏRLƏR

Top