İsrailin keçmiş Baş naziri həbsdən buraxıldı

İsrailin keçmiş Baş naziri Ehud Olmert vaxtından əvvəl həbsxanadan buraxılıb. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, korrpusiyaya görə məhkəmə tərəfindən 27 ay müddətinə həbs edilmiş E. Olmert 16,5 ay zindan həyatı keçirib. Ona oxunmuş hökmün müddəti 2018-ci ilin mayında başa çatır. Həbsdən şərti vaxtından əvvəl buraxılmanın şərtlərinə əsasən, 71 yaşlı E. Olmert ayda iki dəfə polisdə qeydiyyatdan keçməli, habelə könüllü təşkilatların işinə qatılmalıdır.

DİGƏR XƏBƏRLƏR

Top