Avopada isti hava üzrə temperatur rekordu müəyyənləşib

Yunanıstanda havanın temperaturu müsbət 45,9 dərəcəyə çatıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu, Avropada isti hava üzrə temperatur rekordu sayılır. Bu cür temperatur Krit adasında yerləşən İraklion şəhərinin yaxınlığınakı Mires qəsəbəsində qeydə alınıb. Bir həftədən artıqdır Yunanıstanda qızmar isti hava hökm sürür, cümə axşamından isə temperatur müsbət 40 dərəcəyə çatıb. Yerli sinoptiklərin proqnozlarına görə, iyulun 3-də ölkə üzrə havanın temperaturu 10 dərəcə azalaraq 33-34 dərəcəyə enəcək.

DİGƏR XƏBƏRLƏR

Top