Rusiyada 14 nəfərin ölümü nəticələn ağır yol qəzası: matəm elan edildi

Rusiya Federasiyasının Tatarıstan Respublikasında çoxsaylı insan tələfatı ilə nəticələnən yol-nəqliyat hadisəsi baş verib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, yol qəzası Zainsk şəhərindən doqquz kilometr aralıda gecə yarısından sonra baş verib. Samara-İjevsk marşrutu üzrə hərəkət edən avtobus qarşı istiqamətdən gələn yük maşını ilə toqquşub. Toqquşma nəticəsində avtobus aşaraq alovlanıb. Qəzada 14 nəfər, o cümlədən iki uşaq həlak olub. Tatarıstanda bu gün matəm elan edilib. İlkin ehtimala görə, qəzaya səbəb fara işıqlarının avtobus sürücüsünün görüntüsünü məhdudlaşdırması olub.

DİGƏR XƏBƏRLƏR

Top