Suriya paytaxtında güclü partlayış

Bu gün səhər saatlarında Suriyanın paytaxtı Dəməşq şəhərində güclü partlayış baş verib. Şəhərin mərkəzində partlayıcı ilə yüklənmiş avtomobil partladılıb. Nəticədə 8 nəfər ölüb, 12 nəfər yaralanıb.

Bundan başqa Dəməşqdə terror aktı planlaşdıran digər iki avtomobil müəyyən edilib. Bəşər Əsədə sadiq qüvvələr şəhərin şimalında hər iki avtomobili içindəki terrorçularla birgə zərərsizləşdirib.

DİGƏR XƏBƏRLƏR

Top