Lənkəranda toy mərasiminə gedən avtomobil qəzaya düşüb

Lənkəranda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Lənkəran-Lerik yolunun 29-cu kilometrliyində qeydə alınıb. Belə ki, "VAZ 2106" markalı, 42 BH 634 dövlət seriya nişanlı avtomobillə "VAZ 21011" markalı, 43 BC 856 seriyalı avtomobillərin toqqquşması nəticəsində 3 qadın xəsarət alıb. Məlumata görə, onlar toy mərasiminə gedirmiş. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.Report

DİGƏR XƏBƏRLƏR

Top