"Monako" Fabinyonu PSJ-yə 45 milyon avroya satmaqdan imtina edib

Fransanın PSJ klubunun Fabinyonu transfer etmək istəyi baş tutmayıb. Buna müdafiəçinin müqavilə ilə məxsus olduğu "Monako" imkan verməyib. Belə ki, "Knyazlıq klubu" paytaxt təmsilçisinin 45 milyon avroluq təklifindən imtina edib. Braziliyalı futbolçunun agenti ilə 5 illik müqaviləni razılaşdıran PSJ-nin 23 yaşlı müdafiəçi ilə güclənməsi təxirə düşüb. Məsələ ondadı ki, monakoluların daha yüksək məbləğə razılaşacağı bildirilir. Qeyd edək ki, 2013-cü ildə icarə əsasında "Monako"ya keçən futbolçu 2015-ci ildə bu komanda ilə 4 illik müqavilə imzalayıb.Apa

DİGƏR XƏBƏRLƏR

Top