Astarada piyadanın vurulması ilə nəticlənən yol qəzası baş verib

Astara rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Maşğan kəndində qeydə alınıb. Belə ki, yolu keçmək istəyən 1966-cı il təvəllüdlü Təranə Abdulova nəqliyyat vasitəsi tərəfindən vurulub. Dərhal yaralı Lənkəran rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin qənaətbəxş olduğu deyilir. Qeyd edək ki, yaralı sürücü tərəfindən xəstəxanaya gətirilib. Faktla bağlı araşdırma aparılır.Apa

DİGƏR XƏBƏRLƏR

Top