Maradona evində Putinin portretini asıb

Argentina yığmasının keçmiş hücumçusu Dieqo Maradona Rusiya Prezidenti Vladimir Putini öz kumiri adlandırıb. “Yeniavaz.com”un “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, D. Maradona bildirib ki, V. Putindən görüşmək barədə təklif almasa da buna ümid edir. 56 yaşlı D. Maradona deyib: “O mənim kumirimdir. Evimin divarında şəkillər var. Fidel Kastro və Vladimir Putinin portretləri yanaşı asılıb”. Xatırladaq ki, argentinalı iyunun 30-da futbol üzrə Rusiya yığmasına başçılıq etməyə hazır olduğunu bəyan etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top